fondovyy_rynok_rossii_obvalilsya_v_ozhidanii_referenduma_v_krymu

Local Markets

Qiymətli kağızlar bazarı Mülki Məcəllə "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin fərmanı "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu və qiymətli kağızlar üzrə dövlət komitəsinin digər hüquqi normativ aktları ilə tənzimlənir. Ölkənin yeganə fond birjası Bakı Fond Birjası QSC-dir. Əsasən ölkənin banklarından ibarət olan 18 səhmdarı və 14 üzvü vardır. Mərkəzi depozitar , reyestrsaxlayıcı və klirinq fəaliyyətlərini dövlət mülkiyyətində və Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin idarəetməsində olan «Milli Depozit Mərkəzi» QSC həyata keçirir. AzFinance İnvest MMC 01.12.2014-cü il tarixindən Bakı Fond Birjası QSC-nin səhmdarı və üzvü və eyni zamanda Milli Depozit Mərkəzi QSC-nin klirinq iştirakçısıdır.

Services

—Broker xidmətləri

Qiymətli kağızların alınması və ya satılması üçün komission əsaslı vasitəçilik xidmətidir.

Şirkətin platforması vasitəsilə Bakı Fond Birjası QSC-də olan bütün sifarişləri görə və müvafiq kontur sifariş yerləşdirə bilərsiniz. Eyni zamanda mövcud qiymətli kağızlar barədə müvafiq analitik məlumatları əldə edə bilərsiniz. Bu yeganə avtomatlaşdırılmış sistem Azərbaycanın qiymətli kağızlar bazarında onlayn ticarət etmək imkanı təmin edir.

Aşağıdakı broker hesabları üzrə xidmətlər həyata keçirilir:

Standart hesab Müştəri tapşırığı hazırlayır, brokerə təqdim edir, broker tapşırığı yoxlayır və qəbul etməsi barədə qeydlər etdikdən sonra müştəri surətini müştəriyə qaytarır və tapşırığı müvafiq olaraq icra edir və icra edildikdən sonra müştəriyə hesabat təqdim edir. Bir əqd üzrə müştəriyə 10 dəqiqə vaxt sərf etməlidir.

Tarif cədvəlinə bax

Platinium hesab Broker müştərinin tələbinə uyğun olaraq axtarış həyata keçirir, müvafiq tapşırığı hazırlayır müştəriyə təqdim edir, müştərinin əməliyyatını həyata keçirir və broker hesabatı təqdim edir. Tapşırıqların qəbulu və ümumiyyətlə təkliflərin verilməsi nöqteyi-nəzərindən bu hesablara Standart hesablardan daha çox üstünlük verilir. Lakin qəbul edilmiş tapşırıqların icrası baxımından hesablara heç bir fərq qoyula bilməz. Bu hesablara bütün əlavə xidmətlər ödənişsiz həyata keçirilir.

Tarif cədvəlinə bax

VİP hesab Aylıq dövriyyəsi 30 000 000 manatdan çox olan müştərilərə təklif edilir və tariflər yalnız bu hesaba keçmək imkanı olan müştərilərə açıqlanır.

Treyder hesabı Aylıq əməliyyat sayı 100 ədəddən çox olan müştərilərə təklif edilir və tariflər yalnız bu hesaba keçmək imkanı olan müştərilərə açıqlanır..

Doctors Timetable

There is no event available.