Licensed Stamp Official Approved Authorization

Azərbaycanda ilk İnvestisiya Şirkəti Fəaliyyəti üzrə Lisenziya verilib

Posted on 06.01.2016

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən investisiya şirkəti fəaliyyətinin bütün xidmətlərini həyata keçirmək üçün “AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə müddətsiz lisenziya verilib.

License-1024

Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, “AzFinance İnvestisiya Şirkəti” ticarət həcminə görə Bakı Fond Birjasında 2-ci yeri tutur. Bundan başqa “AzFinance İnvestisiya Şirkəti” kapitalının həcminə görə Azərbaycanın ən böyük investisiya şirkətidir.

İlk investisiya şirkəti lisenziyasını əldə edən AzFinance, restruktizasiya prosesinə 6 ay öncədən başlamış və müştərilərinə bütün növ investisiya xidmətlərini təklif etmək üçün müvafiq infrastruktur yaratmışdır. Bunlara səhmlər, marja ticarəti, opsionlar, fyuçerslər kimi qiymətli kağızlar üzrə vasitəçilik xidmətləri, portfel idarəçiliyi, investisyalar üzrə konsultasiya xidmətləri daxildir.

Son zamanlar ölkədə baş verən devalvasiya və bankların xarici valyutada olan depozit faizlərini aşağı salması əhalini yeni investisiya alətləri axtarmağa vadar etmişdir. Yatırımlarını xarici valyutada etmək istəyən müştərilər üçün Apple, Google, British Petroleum kimi korporasiyaların səhmləri ilə ticarət etməyə imkan verməklə, “AzFinance İnvestisiya Şirkəti” bu sektor üzrə Azərbaycanda yeganə şirkətdir ki, öz fəaliyyətini həm yerli, həm də ki, beynəlxalq bazarda həyata keçirir.

“AzFinance İnvestisiya Şirkəti” sosial məsuliyyət baxımından da öndədir. Belə ki, bir neçə ay əvvəl, şirkət, Azərbaycan Dövlət İqtisad Universiteti ilə anlaşma memorandumu imzalayaraq universitet tələbələrinin Qiymətli Kağızlar Bazarı haqqında maarifləndirilməsi üzrə ilk addımı atmışdır.

06.01.2016 tarixinə AzFinance İnvestisiya Şirkəti QSC investisiya şirkəti lisenziyasına malik yeganə şirkətdir.

Tags: AzFinance, AzFinance Investment Company, First Investment Company, First License, Investment Company, Investment Company in Azerbaijan