socar-web

SOCAR İstiqrazların sahibi olun

Posted on 28.09.2016

Sentyabr ayının 20-dən etibarən 5 illik ARDNŞ istiqrazlarının ilkin bazarda yerləşdirilməsi məqsədi ilə ARDNŞ və “AzFinance” İnvestisiya Şirkəti əməkdaşlığa başlayıb. Emissiyanın həcmi 100 milyon ABŞ dolları, bir istiqrazın qiyməti isə 1 min ABŞ dolları təşkil edir. İllik 5% gəlir gətirən istiqrazları 10 oktyabradək əldə etmək olar. İstiqrazların üstünlükləri arasında onların vergidən azad, hər rüb faizlərin ödənilməsi, ARDNŞ zəmanətli, asanlıqla alınıb-satıla bilən olmaları xüsusi qeyd olunur. İlkin yerləşdirmə zamanı alıcılar yalnız Azərbaycan Respublikasının vətəndaşları və yerli şirkətlər olmalıdır.

Ətraflı məlumat əldə etmək üçün  http://afi.az/promo/az/istiqraz/ veb səhifəsinə daxil olun.