borsa_web

“Start-up-ların Kapital Bazarları vasitəsi ilə maliyyələşməsinin yolları” mövzusunda seminar

Posted on 14.11.2016

 Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə “AF Business House”-da “Start-up-ların Kapital Bazarları vasitəsi ilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilmişdir.

Tədbirə strat-up şirkətlərin nümayəndələri ilə yanaşı, BFB-nin üzvü olan investisiya şirkətləri və müxtəlif özəl sektor iştirakçıları qatılmışdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının idarə heyətinin sədri Fariz Əzizov BFB haqqında start-up şirkətlərinin nümayəndələrinə və digər iştirakçılara qısa məlumat verdikdən sonra tədbirin əsas mövzusu olan Kapital Bazarları vasitəsi ilə maliyyələşmənin əhəmiyyətindən bəhs edərək, belə təlimlərin önəmliliyini qeyd etmişdir.
Daha sonra sözü alan Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev öz növbəsində tədbir iştirakçılarını salamlayaraq, mövzuların şirkətlərə yararlığından bəhs etmiş və belə bir təşəbbüsü həyata keçirdiyinə görə Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə öz təşəkkürünü bildirmişdir.

Təşkil edilən seminarda “Borsa İstanbul”un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün və BFB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Abdulla İsayev öz təqdimatları ilə çıxış etmişdir.

Daha sonra AzFinance investisiya şirkətinin nümayyəndəsi çıxış edərək  dekabr ayından  etibarən  Start-up-ların dəyərləndirilməsi və ən uğurlu start-up  seçilərək maliyyələşdirilməsi ilə bağlı layihə üzərində çalışdıqlarını qeyd etdi.


Arrow
Arrow
Slider

Arrow
Arrow
Slider