startup

AzFinance Investisiya şirkəti “Startup” layihələri üzrə müraciətlərin qəbulu mərhələsinə start verdi – İdeyanız var? Bizimlə paylaşın və reallaşdırın!

Posted on 19.12.2016

Belə ki, düşünülmüş biznes və maliyyə plana malik, müəyyən gəliri olan, lakin həmin planın reallaşması üçün bəlli vəsaiti ehtiyac duyan şəxslər layihəyə qoşula və bu imkandan istifadə edə bilər.
“Startup” layihəsinin əsas məqsədlərindən biri yeni və maraqlı layihələri üzə çıxarıb, həmin layihələrin reallaşmasına köməklik etməkdir. Bu həm milli startuplara dəstək verir, həm də gənclərin innovativ ideyalarını həyata keçirməsinə şərait yaradır.
Layihə üzrə əsas tələblər aşağıdakılardır:

İdeyanın innovativ olması
Layihənin investorların marağını cəlb etmək potensialı
Kreativ təqdimat bacarığı
İşgüzar və pozitiv komanda

Müraciətlərin qəbulu 10.12.16 – 10.01.17 tarixlərində baş tutacaq və layihə sahibləri layihələri 17.01.17 – 31.01.17 tarixlərində canlı şəkildə təqdim edəcəklər. Seçilmiş layihələrə AzFinance İnvestisiya Şirkəti və layihə çərçivəsində istəyi olan digər investorlar tərəfindən investisiya yatırılacaq.

Həmçinin məlumatın məxfiliyinin qorunması məqsədi ilə müraciətçilər ilə məxfilik haqqında müqavilə bağlanacaq.
İnvestorların layihənizi maliyyələşdirməsini istəyirsinizsə, müraciət etməyə tələsin.

Müraciət etmək üçün təklif və ideyalarınız biznes plan şəklində şirkətin office@afi.az elektron ünvanına göndərə bilərsiniz. Biznes plana malik olmayan iştirakçılar yuxarıda qeyd olunan elektron ünvana müraciət etmək ilə, doldurulması zəruri olan formanı əldə edə bilər.

Uğurlu layihələr!

Nümunə forması:      Business plan