Abid Mamedov

Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib

Posted on 21.11.2019

AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib.

AzFinance İnvestisiya Şirkəti 2014-cü ildə Abid müəllimin rəhbərliyi altında qurulmuş və 5 il ərzində sektorun ən yaxşı iki şirkətindən biri vəziyyətinə gətirilmişdir. AzFinance İnvestisiya Şirkəti 110 mln AZN-dən çox aktivləri ilə bazara liderlik edir.

Abid müəllim AzFinance investisiya şirkətindən öncə 8 il maliyyə sektorunda çalışmışdır. Bu müddətin 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan Bloomberq şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində çalışmışdır.

Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Briston Universitetinin İqtisadiyyat fakultəsinndə Magistr dərəcəsini əldə etmişdir.

 

Yüksək liderlik və menecerlik keyfiyyətləri ilə xüsusi seçilir.

 

Evlidir. İki övladı var.