Intigam Safaraliyev

İntiqam Səfərəliyev AzFinance İnvestisiya Şirkətinin Direktoru vəzifəsinə təyin edilib

Posted on 21.11.2019

AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev  AzFinance İnvestisiya Şirkətinin Direktoru vəzifəsinə təyin edilib.

İntiqam Səfərəliyev 2007 ildən Çelsi Kapital şirkətinin Direktoru vəzifəsində çalışmış Şirkətin 3 il ərzində Maliyyə sektorunda birinci yerə gəlməsinə və 3 il ərzində də bu yerdə qalmasını təmin etmişdir.

2014-cü ildən AzFinance İnvestisiya Şirkətinə Direktor müavini təyin edilmiş və son 5 ili AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsində çalışmışdır. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzfəsində də çalışmışdır.

İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.

Evlidir. 3 övladı var.