Daxili bazar haqqında qısa məlumat

Market analysis

Qiymətli kağızlar bazarı :

  •  Mülki Məcəllə;
  • “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı;
  • “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
  • “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu və qiymətli kağızlar üzrə dövlət komitəsinin digər hüquqi normativ aktları ilə tənzimlənir.

Ölkənin yeganə fond birjası Bakı Fond Birjası QSC-dir. Əsasən ölkənin banklarından ibarət olan 18 səhmdarı və 14 üzvü vardır.

Mərkəzi depozitar , reyestrsaxlayıcı və klirinq fəaliyyətlərini dövlət mülkiyyətində və Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin idarəetməsində olan «Milli Depozit Mərkəzi» QSC həyata keçirir.

AzFinance İnvestisiya Şirkəti  QSC 01.12.2014-cü il tarixindən Bakı Fond Birjası QSC-nin səhmdarı və üzvü və eyni zamanda Milli Depozit Mərkəzi QSC-nin klirinq iştirakçısıdır.