Xəbərlər

09 Yan 2020

“AzFinance” -ın 2019-cu ildə dövriyyəsi 4.4 mlrd manatdan çox olub

"AzFinance" -ın 2019-cu ildə dövriyyəsi 4.4 mlrd manatdan çox olub

“AzFinance” İnvestisiya Şirkətinin 2019-cu ildə birja dövriyyəsi 4 miyard 444 miyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yaımlayıb 

Məlumatda bildilir ki, “AzFinance” İnvestisiya şirkəti qısamüddəti vəsaitlərdən rəqabətli gəlir əldə etməyə şərait yaratmaqla müştərilərinin əməliyyat həcmini artırıb.  Belə ki, şirkət aktiv olaraq kapital bazarında 3.5-4% gəlirlik təmin edən 7-14 günlük repo əməliyyatları etməklə müştərilərinin istifadəsiz vəsaitlərinin gəlir gətirməsinə nail olub. İnvestisiya şirkətinin repo əməliyyatlarının həcmi 612 mln AZN təşkil edib.

Daha sonra qeyd olunur ki, dövriyyəni artıran digər səbəb isə “AzFinance” İnvestisiya Şirkətinin müştərilərinin 120 mln AZN-dən çox vəsaitini birbaşa özünün idarə etməsidir. Bu üsul ilə  də “AzFinance” müştərilərinə illik 10-15% gəlir əldə etməsini təmin edib. Bu xidmətlər nəticəsində müştərilər kapital bazarının imkanlarından faydalanmaqla gəlirlərini artıra bilirlər. Bu əməliyyatlar nəticəsində dövlət istiqrazları ilə əməliyyatların həcmi 849 mln AZN təşkil edib.

Məlumatda bildilir ki, “AzFinance” İnvestisiya Şirkətinin təqdim etdiyi əsas xidmətlərdən biri də müştərilərinə girovsuz aşağı faizlə vəsait cəlb edə bilməsidir. Belə ki, anderraytinq xidməti vasitəsilə “AzFinance” İnvestisiya Şirkəti müştəriləri qarşısında onlara vəsait cəlb etmək öhdəliyi götürərək. Bu öhdəliyi müvəffəqiyyətlə icra etmişdir. “AzFinance”-ın müştəriləri istiqrazlar buraxmaqla həm girovsuz və həm də bank faizindən aşağı faizlə vəsait cəlb etmişlər. Eyni zamanda borcun faizlərini rüblük ödəməklə əsas məbləği müddətin sonunda ödəmək şərti istiqraz emissiyasını rəqabətli edir.AzFinance-ın 2019-cu ildə korporativ istiqrazlarla əməliyyatının həcmi 580 mln AZN təşkil edib.

Qeyd edək ki, dövrüyyənin 2.4 miyyard manatını isə “Mərkəzi Bankın qısamüddətli notlları ilə aparılmış əməliyyatlar təşkil edib.