İPO etməklə şirkət hansı üstünlükləri əldə edir ? - "AzFinance"-ın direktoru açıqlayır

Baş Ofis

Nariman Narimanov Ave 206, Block 466, Az 1065, Baku, Azerbaijan
İPO etməklə şirkət hansı üstünlükləri əldə edir ? - "AzFinance"-ın direktoru açıqlayır

MY AzFinance

Şəxsi kabinet

Xəbərlər

29 Yan 2020

İPO etməklə şirkət hansı üstünlükləri əldə edir ? – “AzFinance”-ın direktoru açıqlayır

İPO etməklə şirkət hansı üstünlükləri əldə edir ? - "AzFinance"-ın direktoru açıqlayır

İPO etməklə şirkət özünün ən yuxarıda olduğunu təsdiq edir və demək olar ki, bütün investorları onların uğurlarını dəstəkləməyə nail olur. 

Fins.az xəbər verir ki, bu barədə “AzFinance” İnvestisiya Şirkətinin direktoru İntiqam Səfərəliyev bildirib 

O, qeyd edib ki, ” İPO şirkətlərin səhmlərini (yəni şirkətin bir hissəsinə sahib olmaq hüququnu) hər kəsin ala bilməsi üçün təklif etməsi prosesidir. Uzun, xərcli və çətin proses olmasına baxmayaraq dünyanın ən böyük şirkətləri daha da böyümək üçün bunu edirlər. İPO etməklə şirkət özünün ən yuxarıda olduğunu təsdiq edir və demək olar ki, bütün investorları onların uğurlarını dəstəkləməyə nail olur”

Fikirlərinin davamında İntiqam Səfərəliyev “Bu dəstək necə baş verir? ən böyük dəstək maddi dəstək olduğu üçün investorların şirkətin səhmlərini alması, onu dostlarına təklif etməsi, digər investorlara şirkətin səhmlərini nə üçün almalı olduqlarını izah etməsi və hər kəsin bu şirkətin səhmlərini almağa təşviq etməsi və almalarına nail olması şirkətə pul gətirir. Pulu düzgün istifadə etməyi bacaran şirkətlər isə investorların pulları ilə daha da uğur qazanır və əlbəttə bu uğurun maddi nəticəsini yəni mənfəəti səhmdarlarla bölüşdürür və ya yeni uğuru maliyyələşdirmək üçün istifadə edib böyüyür. Bunun nəticəsidir ki, dünyada yüzlərlə şirkətin dəyəri milyardlarladır. Partnyorları milyonçular və milyarderlər olanların dəyəri milyard olması ciddi səbəb nəticə əlaqəsidir” deyə qeyd edib.

AzFinance / Xəbərlər / İPO etməklə şirkət hansı üstünlükləri əldə edir ? – “AzFinance”-ın direktoru açıqlayır
Hesab açın