Xəbərlər

29 Yan 2020

Səhmlərə investisiya qoymaq niyə daha etibarlı və sərfəlidir?

Səhmlərə investisiya qoymaq niyə daha etibarlı və sərfəlidir?

İnvestorlar (həm say və həmdə məbləğ olaraq) öz işini əla bilən insanların qurduğu şirkətlərdə kiçik paylar (səhmlər) alaraq onların işləməsindən və gəlirindən qazanırlar.

Fins.az xəbər verir ki, bu barədə “AzFinance” İnvestisiya Şirkətinin direktoru İntiqam Səfərəliyev bildirib 

 O qeyd edib ki, “İnvestorlar fərqi yoxdur milyonerdir ya yox qazanmaq üçün daim investisiyalar edir. O bəzi hallarda əmanət yerləşdirib banklara borc verir, bəzən öz şirkətini yaradıb ora investisiya edir, bəzən daşınmaz əmlak alır, bəzən valyuta ticarəti edir və s. əsas məsələ qazanmaqdır. Amma daha çox investorlar (həm say və həmdə məbləğ olaraq) öz işini əla bilən insanların qurduğu şirkətlərdə kiçik paylar (səhmlər) alaraq onların işləməsindən və gəlirindən qazanırlar.”

“AzFinance”  rəhbəri eyni zamanda investorların investisiya qoymaq üçün qərar verərkən əsasən necə verdiklərinə də toxunaraq bildirib ki, ”İnvestorlar bu qərarları çox sadə verirlər: bankda depozit 6-7% verir, daşınmaz əmlakın icarəsindən 4-5% qazana bilərəm, bəs qiymət qalxa bilər ya yox, səhmləri alsam neçə faiz qazanacam, bu şirkət bizə nə vəd edir. Siz isə 10-15% qazanmağı vəd edirsiz və investorların bir hissəsi bu qərarlardan Sizin şirkətə investisiya etmək qərarı verir”

İntiqam Səfərəliyev investorların qoyduqları investisiyanın təhlükəsizliyi ilə bağlı verdikləri suallara da aydınlıq gətirərək bildilib ki, “İkinci sual isə mənim investisiyam necə qorunur? Bank depozitini dövlət sığortalayır, daşınmaz əmlakın qiymətinin düşməsi riski var, amma insanlarda köklü inanc var ki, qiymət düşməz və daşınmaz əmlak real göz qabağında olduğu üçün bu inanc möhkəmdir”

O həmçinin səhmlərə investisiya qoymağın niyə daha sərfəli və etibarlı olduğunu da izah edərək qeyd ki, “səhmlərə investisiya edilən pulu isə Sizə olan etibar və sizin profesionallığınızla yanaşı qanunlar qoruyur. Necə? Siz səhmləri kütləvi təklif edən zaman o dövlət qeydiyyatına alınır, maliyyə hesabatlarınız hazırki, vəziyyəti, son illər gördüyünüz işləri göstərir, səhmləri Bakı Fond birjasında satacağınız halda isə onlar sizdən hər rüb hesabat təqdim etməyinizi istəyir. Beləliklə, işlərin necə getdiyini hər 3 aydan bir müşayyət etmək olur. Siz də açəqlamalar verməklə səbəbləri investorların nəzərinə çatdırırsız. əlbəttə, bütün proses audit rəyi də tələb edir ki, inanılmış auditlər sizin düz məlumat təqdim etdiyinizi təsdiqləyir. Beləliklə, minlərlə investorlar təhlillər edərək Sizə inanır və səhmlərinizə qiymət müəyyən edir almağa çalışır. Əlbəttə, inanmayanlar daha çox ola bilər. Amma investorlar o qədər çoxdur ki, səhmləri almaq istəyənlər mütləq olacaqdır. Burada demək olar ki, vəziyyəti siz idarə edirsiniz. Düzgün qərarlar verməklə daim inkişaf edirsiniz, riskləri əvvəlcədən görməklə tədbirinizi alırsız və bütün məlumatları şəffaf şəkildə düzgün ötürürsüz ki, inananlar digərlərini də inandıra bilsin”

 Azərbaycanın ən böyük investisiya şirkətlərindən biri olan “AzFinance”  investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev eyni zamnada ölkəmizdə səhmlərə investiya qoymağın daha etibarlı olduğunu da “Ölkəmiz demək olar ki, investorlar ölkəsidir. Siz onları cəlb etmək üçün sadəcə səhmlərinizi satışa çıxarmalısınız” –deyə qeyd edib.

AzFinance / Xəbərlər / Səhmlərə investisiya qoymaq niyə daha etibarlı və sərfəlidir?