Xəbərlər

14 Avq 2020

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

"AzFinance" -ın 2019-cu ildə dövriyyəsi 4.4 mlrd manatdan çox olub

18 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

          İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növüFaizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0106016782
Emissiya həcmi20 000 000 AZN
Nominal dəyəri100 AZN
İstiqrazların tədavül müddəti1092  gün
Faiz ödənişləri (olduqda)16 fevral 2021-ci il, 17 avqust 2021-ci il, 15 fevral 2022-ci il, 16 avqust 2022-ci il, 14 fevral 2023-cü il, 15 avqust 2023-cü il
Faiz gəliri9 %
Ödəmə tarixi15.08.2023
AnderrayterPaşa Kapital İŞ  QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-yə müraciət edə bilərlər.

AzFinance / Xəbərlər / Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir