Xəbərlər 
24 sentyabr tarixində “AzerGold” QSC-nin istiqrazlarının birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001019879 |
İstiqrazların növü və forması | Faizli; təmin edilməmiş; sənədsiz;adlı |
İstiqrazların sayı | 100 000 (ədəd) |
Nominal Dəyəri | 100 ABŞ dolları |
İllik faiz dərəcəsi | 4% |
Tədavül müddəti | 3 il |
Kupon faizlərinin ödəniş müddəti | 90 təqvim günündən bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan AzFinance investisiya şirkətinə müraciət edə bilərlər.