Xəbərlər

27 Yan 2021

AzFinance Sizə dövlət istiqrazlarından illik 8% qazanmaq imkanı təqdim edir

AzFinance Sizə dövlət istiqrazlarından illik 8% qazanmaq imkanı təqdim edir

Hər il Maliyyə Nazirliyi təxmini 1 milyard manat dəyərində dövlət istiqrazları satıb borc alır və vəsaitləri büdcə xərclərinə istifadə edir. Dövlət Qısamüddətli İstiqrazları 1 illik buraxılır və bir il sonra Maliyyə Nazirliyi investisiya etdiyiniz vəsaiti və qazandığınız faizləri Sizin bank hesabınıza ödəyir. Dövlət faizləri və əsas məbləği yalnız defolt olarsa ödəməyə bilər və Azərbaycanda belə hal olmayıb. İstiqrazlar depozitdən fərqi olaraq müddətin istənilən vaxtı digər şəxslərə satmaq mümkündür və hər il təkrar bazarda 100 milyonlarla əməliyyat olur.

İstiqrazlar Milli Depozit Mərkəzində saxlanılır.

Milli Depozit Mərkəzi bütün qiymətli kağızların saxlanıldığı dövlətin milkiyyətində olan depozitaridir. Sizin bütün dövlət istiqrazlarınız daim MDM-də saxlanılacaqdır və hesabınıza istənilən vaxt baxa bilərsiz.

Azfinance vasitəsilə açılmış investisiya hesabında Bizə dövlət qiymətli kağızlarını almaq və satmaq mandatı verirsiz. İnvestisiya hesabınızda daim dövlət istiqrazları olacaqdır.

Dövlət depozitarisində saxlanılan dövlət istiqrazlarına sahib olursuz. Yeganə riskiniz ölkə riskidir. Sizin pul itirməyiniz üçün dövlət defolt olmalıdır. Əlavə risk götürmək qabliyyəti olanlara digər məhsullar təqdim edə bilərik.

Istənilən vaxt investisiyanızı və gəlirinizi çıxara bilərsiz.

AzFinance Sizə hesabınızda olan dövlət istiqrazlarının vəziyyəti barədə, onların bazar dəyəri barədə aylıq hesabat təqdim edir. 2 iş günü əvvəlcədən məlumat verməklə vəsaitinizi istənilən vaxt nəğdləşdirib hesabınıza köçürə bilərsiz. Bu zaman dövlət istiqrazları açıq bazarda bazar dəyəri ilə satılıb vəsait sizə geri ödənilir və həmin günədək qazandığınız faizləri alırsız. Vaxtından əvvəl vəsaiti çıxardığınız zaman investisiya şirkətinə illik 1% idarəçilik komissiyası ödəyirsiz.

Vəsaiti hesabınıza nəğd formada qoyduğunuz zaman çıxaranda heç bir komissiya ödəmirsiz. Bank və digər xərclər ödəmirsiz.

Faizləri müddətin sonunda alırsız.

AzFinance İnvestisiya Şirkəti 12-15 il təcrübəyə malik yüksək reputasiyalı peşəkarlar tərəfindən idarə edilir:  https://afi.az/about-us-az-translation/meet-the-management-team/ (üzərində tıklayanda bu səhifəyə keçir)

PWC audit şirkəti tərəfindən audit edilmiş maliyyə hesabatlarımızla tanış olun: https://afi.az/about-us-az-translation/policy-and-accountability/

Digər yatırım imkanları ilə tanış olun: https://afi.az/investment-services/brokerage-service-in-foreign-markets/

Pulsuz investisiya məsləhəti alın: https://afi.az/investment-services/

AzFinance / Xəbərlər / AzFinance Sizə dövlət istiqrazlarından illik 8% qazanmaq imkanı təqdim edir