AzFinance İnvestisiya Şirkətinin diskontlu istiqrazlarının informasiya memorandumu

Baş Ofis

Nariman Narimanov Ave 206, Block 466, Az 1065, Baku, Azerbaijan
AzFinance İnvestisiya Şirkətinin diskontlu istiqrazlarının informasiya memorandumu

MY AzFinance

Şəxsi kabinet

Xəbərlər

18 Mar 2021

AzFinance İnvestisiya Şirkətinin diskontlu istiqrazlarının informasiya memorandumu

"AzFinance" -ın 2019-cu ildə dövriyyəsi 4.4 mlrd manatdan çox olub

“AZFİNANCE İNVESTİSİYA ŞİRKƏTİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

Hər birinin nominal dəyəri 1 000 (bir min) manat olan 1 000 (bir min) ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların

İNFORMASİYA MEMORANDUMU

2021

Bu İnformasiya memorandumunda olan məlumatlar 15 may 2015-ci il tarixli Azərbaycan Respublikasının Qiymətli Kağızlar bazarı haqqında Qanununa uyğun olaraq açıqlanmışdır.

Qeyd: Azərbaycan Respublikası Mərkəzi Bankı bu İnformasiya Memorandumunda olan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır və onu qeydiyyata almaqla yerləşdirilən qiymətli kağızlara münasibətini ifadə etmir.

İnformasiya memorandumunun tərtib edilməsində iştirak edən şəxslər və İnformasiya memorandumunda təqdim edilmiş məlumatlara dair

B Ə Y A N A T

Biz, aşağıda imza edənlər,

1. Bu İnformasiya memorandumunu tərtib etməzdən öncə “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalar ilə tanış olduğumuzu təsdiq edirik.

 2. Hər birinin nominal dəyəri 1 000 (bir min) manat olan 1 000 (bir min) ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların və İnformasiya memorandumuna daxil edilmiş məlumatların həqiqi faktlar əsasında olduğu, heç bir faktın gizlədilmədiyi və bunun üçün bütün lazımi tədbirlərin görüldüyü barədə təminat veririk və məsuliyyəti öz üzərimizə götürürük.

24.02.2021-ci il

“AzFinance İnvestisiya Şirkəti” Qapalı

Səhmdar Cəmiyyətinin Direktoru                                                                            İntiqam Səfərəliyev

İNFORMASİYA MEMORANDUMU

XƏBƏRDARLIQ

BU SƏNƏD İNFORMASİYA MEMORANDUMUNUN GİRİŞ HİSSƏSİDİR. İSTİQRAZLARA İNVESTİSİYA ETMƏK BARƏDƏ HƏR HANSI BİR QƏRAR VERMƏZDƏN ƏVVƏL BU İNFORMASİYA MEMORANDUMUNU OXUDUQDAN SONRA HƏYATA KEÇİRİLMƏLİDİR. İNFORMASİYA MEMORANDUMUNDA OLAN MƏLUMATLARIN YANLIŞ, QEYRİ-DƏQİQ, ZİDDİYYƏTLİ OLDUĞU VƏ YA QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYA EDİB-ETMƏMƏK BARƏDƏ QƏRAR VERƏN İNVESTORLARA KÖMƏK ETMƏK MƏQSƏDİLƏ ƏSAS İNFORMASİYANIN VERİLMƏDİYİ ZAMAN İNFORMASİYA MEMORANDUMUNU HAZIRLAMIŞ ŞƏXSLƏR MÜLKİ MƏSULİYYƏTİ DAŞIYIRLAR.

Emitent haqqında məlumat
emitentin tam adı“AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (Bundan sonra-Emitent)
 emitentin olduğu yer və təşkilati-hüquqi forması, emitentin qeydiyyatda olduğu ölkəQapalı səhmdar Cəmiyyəti, Cəmiyyətin hüquqi ünvanı və olduğu yer: Nəriman Nərimanov prospekti 206, Blok 466, AZI 065, Bakı, Azərbaycan Respublikası
emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviriEmitentin müstəsna fəaliyyət istiqaməti investisya şirkəti fəaliyyətidir. Odur ki, ölkədə baş verən bütün iqtisadi islahatlar emitentin fəaliyyətinə müsbət təsir göstərməkdədir. Ölkə başçısı tərəfindən təsdiq edilən Strateji Yol Xəritələrində qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə dair müvafiq qurumlara tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının fəaliyyət planınada qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə bağlı tədbirlər əlavə edilmişdir.
 emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri. Emitentin qrupda olan şəxslərdən asılı olduğu təqdirdə bu barədə qeydEmitentin  “AzFinance Asset Managment” Məhdud Məsuliyyətli Cəmiyyətində 990 (doqquz yüz doxsan) payı payı mövcuddur (99% iştirak payı).
 gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeydMövcud deyil
audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviriKonsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və onun törəmə müəssisəsinin 31 dekabr 2019-cu il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq düzgün əks etdirir.
son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Azərbaycan manatı ilə 31 dekabr 2019 31 dekabr 2018 31 dekabr 2017 Aktivlər Pul vəsaitləri və onların ekvivalentləri 789,791 246,539 1,137,423 Ticarət hesabında olan pul vəsaitləri 4,516 5,708,434 431,088 Borc qiymətli kağızlara investisiyalar 266,903 58,907,905 43,708,803 Pay qiymətli kağızlara investisiyalar 615,192 559,301 3,088,724 Ticarət və digər debitor borclar 267,484 1,270,893 360,491 Cari mənfəət vergisi üzrə qabaqcadan ödənişlər – 64,376 – Təxirə salınmış mənfəət vergisi aktivləri 55,862 – 27,537 Əmlak və avadanlıqlar 99,426 67,055 108,371 Qeyri-maddi aktivlər 201,859 45,345 – CƏMİ AKTİVLƏR 2,301,033 66,869,847 48,862,437 ÖHDƏLİKLƏR Müştərilərə ödəniləcək vəsaitlər – 64,871,778 47,371,968 Sair öhdəliklər 253,219 305,132 153,045 Cari mənfəət vergisi öhdəliyi 134,088 – 13,233 Təxirə salınmış mənfəət vergisi öhdəliyi – 40,370 – CƏMİ ÖHDƏLİKLƏR 387,307 65,217,280 47,538,246 KAPİTAL Nizamnamə kapitalı 1,550,000 1,550,000 1,550,000 Kapital qoyuluşu 612,175 612,175 612,175 Yığılmış zərər (248,799) (510,151) (838,720) Qrupun təsisçilərinə aid olan kapital 1,913,376 1,652,024 1,323,455 Nəzarət olunmayan iştirak payı 350 543 736 CƏMİ KAPİTAL 1,913,726 1,652,567 1,324,191 CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL 2,301,033 66,869,847 48,862,437   Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində dəyişikliyin olub-olmaması barədə məlumat– emitentin fəaliyyətində heç bir dəyişiklik olmamışdır.
emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələrAzərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcələri Emitentin ödəmə qabiliyyətinə təsir edə bilər.
emitentin əsas fəaliyyətlərinin təsviriEmitent investisiya Şirkəti fəaliyyəti ilə məşğul olur. Həmin fəaliyyət müstəsna fəaliyyətdir. İnvestisiya şirkəti tərəfindən təmin olunan əsas və yardımçı investisiya xidmətləri dedikdə aşağıdakılar nəzərdə tutulur: Əsas investisiya xidmətləri:qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul edilməsi;müştərilərin sifarişlərinin icra edilməsi;ərdi investorlarlarm portfelinin idarəedilməsi;investisiya məsləhətlərinin verilməsi;qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;öz hesabına qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması. Yardımçı investisiya xidmətləri: müştərilərinin qiymətli kağızlarının hesablarının idarəedilməsi və saxlanılması, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;investorlara qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kreditlərin və ya borcların verilməsi, o halda ki, əqd həmin investisiya şirkəti tərəfindən həyata keçirilir;hüquqi şəxsin kapital strukturu, fəaliyyət strategiyası və yenidən təşkili üzrə məsləhətlərin verilməsi;qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlili;təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı;əsas investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
 mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətinin xüsusiyyəti Mühüm iştirak payının sahibi Emitentə nəzarət emitentin nizamnaməsinə və AR Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirir. Ümumi yığıncaqlar arası dövrdə Emitentin idarə olunmasına və işinə nəzarəti səhmdarların ümumi yığıncağı tərəfindən təyin edilmiş Müşahidə Şurası həyata keçirir.
İstiqrazlar haqqında məlumat
  istiqrazların növüDiskontlu, təmin edilməmiş, adlı istiqrazlar
 istiqrazların valyutasıAzərbaycan manatı
 istiqrazların təsbit olunan məhdudiyyətlərMəhdudiyyət nəzərdə tutulmamışdır
istiqrazların təsbit olunmuş hüquqların təsviriİstiqrazın mülkiyyətçisi aşağıdakı hüquqlara malikdir: İstiqrazların tədavül müddəti bitdiyi vaxtda istiqrazın nominal dəyərini emitentdən almaq; Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda istiqrazların nominal dəyərini  vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
 istiqrazların faiz dərəcəsi. İstiqrazların faizlərinin və dəyərinin ödənilmə tarixi və müddəti. Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin nəyin əsasında hesablanması üsulu, həmin əsas barədə məlumat və onun müəyyən olunmasının mənbələri  İstiqrazların nominal dəyərinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili təşkil edir. İstiqrazların tədavül müddəti istiqrazların BFB-də yerləşdirildiyi gün başlayır. İstiqrazların nominal dəyəri istiqrazların tədavül müddətinin son günündə ödəniləcək. İstiqrazların nominal dəyərinin ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər  növbəti iş günü həyata keçiriləcəkdir. Belə yubanmaya görə faizlər və ya digər t İstiqrazlar üzrə gəlirlik dərəcəsinin hesablanması üsulu- Y=((P_1-P_0 ))/P_0 *T/t*100 Y  – illik gəlirlik P_1 – Nominal dəyər P_0 – Alış qiyməti T  – Baza periodu t   – Silinməyə qədər qalan günlərəzminatlar ödənilmir.
istiqrazların geri satın alınma şərtləriİstiqrazların geri satın alınması nəzərdə tutulmayıb
gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisiY=((P_1-P_0 ))/P_0 *T/t*100   Y  – illik gəlirlik P_1 – Nominal dəyər P_0 – Alış qiyməti T  – Baza periodu t   – Silinməyə qədər qalan günlər  
istiqrazların mülkiyyətçisinin təmsilçisinin adıNəzərdə tutlmayıb.
istiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda istiqrazların ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləriİstiqrazların yerləşdirilməsi  kütləvi təklif üsulu ilə hərracın keçirilməsi üsulu ilə  “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçiriləcək. İstiqrazların listinqə daxil olması ilə bağlı müraciət Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılış dövlət qeydiyyatına alındıqdan sonra ediləcəkdir.  “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti VÖEN-i: 1700262271 Dövlət qeydiyyatının tarixi və nömrəsi: 27.08.1997-ci il, № 3 “Bakı Fond Birjası” QSC müddətsiz lisenziyaya malikdir. Fəaliyyət istiqaməti- Dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının, törəmə maliyyə alətləri bazarının ticarətinin təşkil və idarə edilməsidir. Qiymətli kağızların ticarətə buraxılması “Bakı Fond Birjası” QSC-nin  “Bakı Fond birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili Qaydaları” na əsasən həyata keçirilir.
Təklif olunan qiymətli kağızlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorlarıvalyuta riski – valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski; faiz riski – faiz dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski; inflyasiya riski – pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk; likvidlik riski – müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranması mümkünlüyü;  əməliyyat riski – daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləri; hesablaşma və kontragent riski – hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri; kredit riski – borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləri; təbii – insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, zəlzələ, daşqın, tufan, qasırğa, ildırım və s. risklər);  xarici hadisələrdən meydana    gələn itki riskləri;
Təklifin səbəbi mənfəətin əldə edilməsi və ya bəzi risklərin sığortalanmasından fərqli olduğu təqdirdə emissiyanın səbəbiTəklifin səbəbi əlavə vəsaitlərin cəlb edilməsi, qiymətli kağızlara investisiya.
təklifin şərtlərinin təsviri;İstiqrazların yerləşdirilməsi  kütləvi təklif üsulu ilə hərracın keçirilməsi üsulu ilə  “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçiriləcək. İstiqrazların listinqə daxil olması ilə bağlı müraciət Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılış dövlət qeydiyyatına alındıqdan sonra ediləcəkdir. İstiqrazlar məhdudiyyət olmadan bütün fiziki və hüquqi şəxslərə təklif olunacaqdır. İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında” Qaydaların 3.12-ci bəndinə əsasən, istiqrazların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 iş günü qalmış “AzFinance İnvestisiya Şirkəti” QSC qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtlərini elan edəcək və fond birjasına bu barədə yazılı bildiriş göndəriləcəkdir. İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra başlanılır. İstiqrazlar rəqabətli hərrac üsulu ilə BFB-nin ticarət platformasında birja üzvü tərəfindən sifarişlərin birjanın sisteminə daxil edilməsi yolu ilə alqı-satqı əqdləri bağlanılmaqla ilkin yerləşdiriləcəkdir. İstiqrazların tədavül müddəti onların ilkin yerləşdirlidiyi gündən sonra başlanır. Hərrac günü anderrayter və digər birja üzvləri sifarişlərin qəbul edilməsi üçün elan olunmuş müddət ərzində istiqrazların alınması üçün sifarişləri BFB-yə təqdim edir. İnvestorlar tərəfindən təqdim edilmiş sifarişlərin cəmi emissiyanın ümumi həcmindən çox olarsa, sifarişlər proporsional qaydada icra olunacaqdır. İstiqrazlar üzrə hesablaşma T+0 rejimində, yəni hərrac günü baş tutacaqdır. İstiqrazların alınması üçün nəzərdə tutulmuş pul vəsaitləri investorlar tərəfindən müştərisi olduğu İnvestisiya Şirkətinin hesablaşma agentinin bank hesabına hərrac günü köçürülməlidir.  Hərracın keçirilməsi tarixi Emitent tərəfindən müəyyən edilir və hərracın keçirilməsinə ən azı 2 iş günü qalmış BFB-nin internet saytında (www.bfb.az) və Emitentin internet saytında (www.afi.az)  açıqlanır;
emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumatFond birjası Emissiya prosesində iştirak edən Bakı Fond Birjası (BFB) yeni emissiya ediləcək istiqrazlarının listinqə daxil edilməsi, ilkin yerləşdirilməsi, həmçinin təkrar bazarlarda alqısatqısı üçün mütəşəkkil ticarəti təşkil edir. BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli Kağızlar Bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər hüquqinormativ aktları və BFB-nin nizamnaməsi və Daxili Qaydaları ilə tənzimlənir. Mərkəzi depozitar Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) Qiymətli Kağızlar Bazarı haqqında Qanunun 16.1-ci maddəsinə əsasən təsis olunan qeyri-kommersiya hüquqi şəxsidir. MDM Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır. İstiqrazların yerləşdirilməsi prossesində MDM-in əsas vəzifəsi istiqrazların saxlanması və istiqraz mülkiyyətçilərinin reyestrinin aparılmasıdır. Milli Depozit Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanunu və MDM-in daxili Qaydaları ilə  tənzimlənir. Anderrayter Emitent qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, istiqrazların anderrayteri qismində özü çıxış edəcəkdir. Emissiyada iştirak edən şəxslər arasında maraqlar toqquşmasına yol açan hallar mövcud deyil.
istiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləğiİstiqrazlar üzrə faiz ödənişi zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada ödəmə mənbəyindən vergi tutulur. Hüquqi şəxs olan istiqraz mülkiyyətçilərinin istiqrazlar üzrə faiz gəlirindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq ödəniş mənbəyindən 10 (on) faiz vergi tutulur (Vergi Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla.) Bununla yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, fiziki şəxslər 1 fevral 2016-cı il tarixindən etibarən 7 (yeddi) il müddətinə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərindən azaddırlar. Yəni, istiqrazlar üzrə ödənilən faiz (kupon) ödənişindən tutulan vergidən fiziki şəxslər 2023-cü ilin fevral ayının 1-dək azaddırlar. İstiqrazların dövriyyədə olduğu müddətdə vergi qanunvericiliyi dəyişərsə, tətbiq ediləcək vergilər barədə məlumat emitent və ya anderrayter tərəfindən kütləvi informasiya vasitələri ilə investorların diqqətinə çatdırılacaqdır. İlkin bazarda istiqrazların alışı zamanı həyata keçən əqdlərdən aşağıdakı investor xərcləri yarana bilər: BFB, investisiya şirkəti, bank və köçürmə xərcləri.  
Əlavə məlumatEmitentin audit olunmuş maliyyə hesabatları ilə aşağıdakı ünvanlardan tanış ola bilərsiniz: https://afi.az/about-us-az-translation/policy-and-accountability/ https://afi.az/about-us-az-translation/policy-and-accountability/  

Sorry. No data so far.

AzFinance / Xəbərlər / AzFinance İnvestisiya Şirkətinin diskontlu istiqrazlarının informasiya memorandumu
Hesab açın