Heç bir risk etmədən illik 10% qazanmaq istəyirsinizmi? O zaman AzFinance şirkətinə müraciət edin!

Baş Ofis

Nariman Narimanov Ave 206, Block 466, Az 1065, Baku, Azerbaijan
Heç bir risk etmədən illik 10% qazanmaq istəyirsinizmi? O zaman AzFinance şirkətinə müraciət edin!

MY AzFinance

Şəxsi kabinet

Xəbərlər

23 Avq 2021

Heç bir risk etmədən illik 10% qazanmaq istəyirsinizmi? O zaman AzFinance şirkətinə müraciət edin!

Heç bir risk etmədən illik 10% qazanmaq istəyirsinizmi? O zaman AzFinance şirkətinə müraciət edin!

17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 4 000 000 (dörd milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi 26 avqust 2021-ci il tarixində  hərrac yolu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.

 

Niyə görə Embafinans istiqrazlarına diqqət yetirmək məsləhətdir?

Embafinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT “Embafinans” QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.

Hal-hazırda Embafinansın təklif etdiyi xidmətlər vasitəsilə bütün ölkə miqyasında Embawood, IdealDizayn və Madeyra məhsullarını əldə etmək daha asan, rahat və sərfəlidir. Həmçinin şirkət AzEstetik, Maxi.az və ölkə üzrə bir çox tanınmış mağazalar ilə də əməkdaşlıq edir.

Şirkətin əsas üstünlükləri aşağıdakılardır: aşağı faiz dərəcələri, rahat ödəmə üsulları,  geniş müddət seçimi, təklif olunan kredit məhsullarının geniş çeşidi və yüksək keyfiyyətli əməliyyat dəstəyi.

 

  1. Embafinansın biznesi operativ, sadə və digital formatda qurulub. 
  2. Embafinansın səhmdarları biznesə əhəmiyyətli kapital qoyuluşu ediblər,  bu isə biznesə münasibətin ciddiliyini göstərir. Şirkətin kapitalı 15 mln azn ətrafındadır.
  3. Şirkətin maliyyə hesabatları “Böyük Dördlük” (Big Four) tərəfindən audit edilir, bu da öz növbəsində onlara inamı artırır. 
  4. Maliyyə hesabatları vəziyyətin kifayyət qədər yaxşı olduğunu göstərir.
  5. Şirkətin öhdəliklərinin kapitalına nisbəti 1,5 rəqəminin ətrafındadır. Bu rəqəm bankların 90%-də 3-dən yuxarıdır. Bu, ona işarədir ki, Embafinans şirkətinin ən pis halda belə öhdəliklərini yerinə  yetirmək üçün kifayət qədər vəsaiti və bütün zərərləri ödəmək üçün kifayət qədər kapitalı olacaq.
  6. İstiqrazlar əmanətdən fərqli olaraq dövlət qeydiyyatına alınır. Bu zaman nəzarət orqanı kredit təşkilatlarına da nəzarət etdiyi üçün Embafinansın hər ay göndərdiyi hesabatlara yanaşmada onun istiqrazlarının da dövriyyədə olmasını və investorların maraqlarını nəzərə almalı olacaq. Məsələn, Embafinans nizamnamə kapitalını azaltmaq istəyərsə, nəzarət orqanı istiqrazları da nəzərə alır və razılıq verib-verməmək barədə qərar qəbul edir.
  7. Ən yaxşı seçim üç illik istiqrazlar əldə etmək olar. Təhlil göstərir ki, Azərbaycana pul axını onun çoxalmasına səbəb olacaq və pul uzun müddətdə ucuzlaşacaq. Dövlət də faizlərin azalması istiqamətində addımlar atır. Pandemiyanın təsiri ilə bağlı bu il inflyasiya yuxarı ola bilər. Amma digital formatın inkişafı inflyasiyanı məhdudlaşdıran bir amil kimi çıxış edir və Yaponiya kimi inkişaf etmiş ölkələrdə onun irəliləməsinə imkan vermir. Bununla növbəti il 10% gəlir verən sağlam investisiya tapmaq çətinləşə bilər. Embafinansın 3 illik istiqrazları  3 il stabil 10% gəlir gətirəcəkdir. Bu müddət ərzində isə bazarda digər maliyyə alətləri inkişaf edib marağımızı təşkil edəcəkdir.

 

Qiymətli kağızların alınması həmişə müəyyən bir risklə əlaqədardır yoxsa vəsaitləri riskə atmadan pul qazanmaq mümkündür?

AzFinance İnvestisiya şirkəti Embafinans istiqrazlarını sahibindən istənilən vaxt geri almağı öhdəsinə götürür. Bunun üçün AzFinance ilə istiqraz sahibi arasında ikitərəfli müqavilə – forvard müqaviləsi bağlanılır. Qiymət risklərini idarə etmək üçün bu effektiv vasitə sayəsində alıcı istiqrazları istənilən vaxt sata və vəsaitini ala biləcəyi üçün risklərlə üzləşmir.

AzFinance / Xəbərlər / Heç bir risk etmədən illik 10% qazanmaq istəyirsinizmi? O zaman AzFinance şirkətinə müraciət edin!
Hesab açın