Tirajlı "İnvestor" Stimullaşdırıcı Lotereyası

Baş Ofis

Nariman Narimanov Ave 206, Block 466, Az 1065, Baku, Azerbaijan
Tirajlı "İnvestor" Stimullaşdırıcı Lotereyası

MY AzFinance

Şəxsi kabinet

Xəbərlər

22 İyn 2022

Tirajlı “İnvestor” Stimullaşdırıcı Lotereyası

Tirajlı "İnvestor" Stimullaşdırıcı Lotereyası

İstiqraz al, İnvestor ol, 1000 AZN qazanmaq şansı əldə et!

09 mart 2022-ci ildən etibarən istiqraz alan investorlar 1000 AZN qazanmaq şansı əldə edir. Elə indi AzFinance vasitəsilə Bakı Fond Birjasından korporativ istiqrazlar alın və siz də “İnvestor” Stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanın:

İştirak hüququ və uduş fondu:

Yuxarıda qeyd olunmuş İnvestisiya Şirkətləri vasitəsilə minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/Avro valyutalarında istiqraz alışı sifarişini verən və “Bakı Fond Birjası”  QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən, 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır. Aşağıdakı şəxslərin lotereyada iştirak hüququ yoxdur:

  1. 18 yaşına çatmamış şəxslər;

  2. Lotereyanın Təşkilatçısının əməkdaşları və onların ailə üzvləri (həyat yoldaşı, övladları, qardaş/bacıları, valideynləri);

  3. Lotereyanın keçirilməsinə bu və ya digər formada cəlb olunan hüquqi və fiziki şəxslər yaxud onların nümayəndələri, ailə üzvləri (həyat yoldaşı, övladları, qardaş/bacıları, valideynləri);

  4. Lotereyanın Qaliblərinin müəyyən edilməsi üzrə tiraj komissiyasının üzvləri və onların ailə üzvləri (ər/arvad, övladları, qardaş/bacıları, valideynləri).

  5. Bu lotereyanın istənilən tirajında qalib olan şəxslər. Həmin şəxslər lotereyada iştirak edərsə, heç bir uduş əldə edə bilməyəcək.

Uduşların oynanılma və verilmə qaydaları:

Uduş fondunun oynanılması Tiraj komissiyanın iştirakı ilə açıq şəkildə bu ünvanda keçirilir: Bakı şəh.,Həsən Bəy Zərdabi küçəsi, 2A, Şokolad Tower, “Bakı Fond Birjası” QSC-nin inzibati binası.

Uduşda barabandan çıxarılan 3 ədəd lotereya biletləri uduşların  qaliblərini müəyyənləşdirir. Hər qalib gələn şəxs 1000 (bir min) manat uduşa sahib olur.

Uduş fondunun oynanılmasının nəticələri (qaliblərin siyahısı) uduş fondunun oynanılması tarixindən etibarən lotereya təşkilatçısı tərəfindən 3 iş günü ərzində http://www.afbia.az internet səhifəsində açıqlanacaq.

Uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlanılacaq və 90 (doxsan) iş günü ərzində davam edəcəkdir. Qeyd olunan müddətlərdə lotereya qalibi aşağıdakı sənədlərlə lotereya təşkilatçısına yaxınlaşmalıdır:

  • lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd

  • lotereya biletinin lotereya iştirakçısında olan hissəsi

  • uduşun lotereya qalibinə köçürülməsi üçün lotereya qalibinin adına olan bank hesabının rekvizitləri

Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində lotereyanın qalibinə təqdim ediləcəkdir.

Tirajların tarixləri:

“İnvestor” stimullaşdırıcı lotereyanın tirajları aşağıdakı tarixlərdə keçiriləcəkdir:

I tiraj: 10.05.2022-ci il; II tiraj 13.07.2022-ci il; III tiraj: 14.09.2022-ci il; IV tiraj: 15.11.2022-ci il

Tirajlar və stimullaşdırıcı lotereya bileti ilə bağlı ətraflı məlumatı “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin rəsmi internet səhifəsindən (www.afbia.az) əldə edə bilərsiniz.

Uduş fondu:

“İnvestor” Stimullaşdırıcı lotereyanın hər tirajında 3 nəfər qalib müəyyən edilir və onların hər biri 1000.00 AZN (bir min manat) qazanır. Hər tirajın ümumilikdə uduş fondu 3000.00 AZN-dir (üç min manat).

Lotereya şərtləri ilə ətraflı https://afi.az/about-us-az-translation/policy-and-accountability/  tanış ola bilərsiniz.

Bu lotereya Bakı şəh., Babək pr., Ə.Quliyev 11/31, Babək plazada yerləşən “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi təşkilatçılığı ilə, 11.03.2019-cu il tarixli 195110001 nömrəli qərarla təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydasına uyğun olaraq həyata keçirilir.

AzFinance / Xəbərlər / Tirajlı “İnvestor” Stimullaşdırıcı Lotereyası
Hesab açın