Fərid Məmmədov AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.

Posted on 06.12.2019

AzFinance İnvestisiya Şirkətinin Direktorunun 04 dekabr 2019-cu il tarixli əmrinə əsasən Fərid Məmmədov AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.

Fərid Məmmədov 2008-ci ildən maliyyə sektorunda çalışır. AzFinance İnvestisiya Şirkətindən öncə 6 il ərzində Azərbaycan kapital bazarının qabaqcıl broker təşkilatlarından olan Çelsi Kapital şirkətində çalışmışdır.

2014-cü ildə AzFinance İnvestisiya Şirkətinə departament rəhbəri vəzifəsinə təyin edilib. Son 5 ili AzFinance İnvestisiya Şirkətində çalışaraq departamentlər qrupunun rəhbəri vəzifəsinədək yüksəlmişdir.

Fərid Məmmədov iqtisadiyyat və idarəetmə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir.