Pərvanə Qasımova “AzFinance İnvestisiya Şirkəti” QSC-yə direktor müavini vəzifəsinə təyin edildi.

Posted on 06.12.2019

AzFinance İnvestisiya Şirkətinin direktorunun 04 dekabr 2019-cu il əmrinə əsasən Pərvanə Qasımova  AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.

Pərvanə Qasımova hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr ixtisasına malikdir. 2009-cu ildən kapital bazarı sahəsində çalışır.  Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, Baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Böyük hüquqşünas vəzifələrində çalışmışdır.

2018-ci ildən etibarən Unicapital İnvestisiya Şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən  AzFinance İnvestisiya Şirkətinin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsində çalışmışdır.

Pərvanə Qasımova Avropa Şurasının Tvinninq layihələri çərçivəsində Avropa Direktivlərinin tələblərinin Azərbaycan qanunvericiliyi ilə əsas uyğunsuzluqlarının müəyyən edilməsi məqsədilə direktivlərin ekspertizasının  aparılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə bir sıra layihələrinin hazırlamasında iştirak etmişdir.

Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Maliyyə Bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun, habelə  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Ailəlidir. 2 övladı var.