HAQQIMIZDA 
Biz kimik

“AzFinance İnvestisiya Şirkəti” QSC qabaqcıl beynəlxalq təcrübəyə uyğun investisiya xidmətlərinin göstərilməsi məqsədi ilə 2014-cü ildə yaradılmışdır
Şirkət illik dövriyyəsinin həcminə, korporativ müştərilərinin və müvafiq sertifikatlara malik ixtisaslaşdırılmış əməkdaşların sayına görə öndə olan investisiya şirkətidir.
Şirkət Kapital bazarı vasitəsi ilə əlverişli şərtlərlə investisiya və vəsait cəlb etmək istəyənlər üçün geniş imkanlar yaratmışdır.
Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və Listinq Məsləhət Proqramının üzvüdür.
Beynəlxalq bazarlarda ticarət sahəsində böyük təcrübəyə və 30 ölkədə fond birjalarına, həmçinin Avrobond bazarına çıxış imkanına malikdir.
Şirkətin əsas hədəfi Azərbaycan Respublikasında maliyyə bazarının inkişafına dəstək olmaqdır.
Azərbaycan Respublikasının Hökumətinin iqtisadi sahədə apardığı uğurlu və effektiv təkmilləşdirmə siyasəti nəticəsində investorlara və emitentlərə kapital bazarından faydalanmaq və investisiyaları cəlb etmək üçün geniş imkanlar yaradılmışdır.

AzFinance İnvestisiya Şirkəti investorlara və emitentlərə aşağıdakı investisiya xidmətlərini göstərir:
Qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə alqı-satqı əməliyyatların aparılması;
Fərdi investorların portfelinin idarə edilməsi;
Qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi;
Market-meyker xidmətlərin həyata keçirilməsi;
Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə alqı-satqı əməliyyatların aparılması üçün investorlara kredit və ya digər formada borcun verilməsi;
İnvestisiya tədqiqatı və maliyyə təhlilin aparılması;
İnvestisiya məsləhətinin verilməsi.
Bizim missiyamız
Bizim missiyamız peşəkarlıq və müştəri məmnuniyyətinə əsaslanan maliyyə investisiya xidmətlərini göstərməkdir.
Kapital bazarında uzun müddət fəaliyyət göstərən və bu sahədə praktiki vərdişlərə yiyələnən Komandamıza etibar edən müştərilərimizə öz dərin minnətdarlığımızı bildiririk.

30 ölkənin birjasına çıxış
Korporativ idarəetmə sistemi
Istənilən maliyyə alətləri ilə ticarət etmə imkanı
Yerli bazara çıxış verən unikal platforma
Beynəlxalq bazarlara çıxış üzrə ən aşağı komissiya
- Kapital bazarı sahəsində təcrübəli və peşəkar mütəxəssislər;
- Əlverişli komissiya tarifləri;
- Davamlı olaraq sektor üzrə məlumatların təhlili və tədqiqatların aparılması;
- Müştəriyönümlü strategiyaların hazırlanması