HAQQIMIZDA

Qapalı investor klubu

İnvestorların Qapalı Klubu – AzFinance İnvestisiya şirkəti tərəfindən ünsiyyət və təcrübə mübadiləsi üçün yaradılan platformadır.

Klub həmfikir insanlarla ünsiyyət qurmaq, ekspert qiymətləndirmələrindən istifadə edərək passiv gəlir əldə etməyin müxtəlif yollarını öyrənmək üçün bir fürsətdir.

İnvestorlar, mütəxəssislər, biznes sahibləri, müxtəlif fəaliyyət sahələrinin nümayəndələri klubumuzun üzvü ola bilər.

Klubumuza üzv olmaq hansı imkanları yaradır?
  • Digər klub üzvləri ilə tərəfdaşlıq və dostluq əlaqələri qurmaq
  • Həmfikir insanlar arasında olmaq
  • Təcrübə və faydalı əlaqələr mübadiləsi yaratmaq
  • İnvestisiya savadlılığını artırmaq
  • Passiv gəlir sayəsində qazanmaq
  • Maliyyə azadlığı əldə etmək
  • Maliyyə alətlərini daha effektiv istifadə etmək
  • Unikal faydalı məlumat əldə etmək
  • Mütəxəssislərimizdən əlavə məsləhətlər almaq

Klubun üzvləri layihələrin idarə olunması üzrə təcrübələrini bölüşür, əldə etdikləri məlumatları gələcək sərmayələrində tətbiq etmək imkanı qazanırlar.

Biz isə qazanılmış təcrübə və bilik mübadiləsi sayəsində real təcrübəyə əsaslanan ən effektiv məhsul seçməyə kömək edirik.

Qapalı investor klubu
AzFinance / HAQQIMIZDA / Qapalı investor klubu