HAQQIMIZDA

Rəhbərlik

Müşahidə Şurası

Rəhbərlik

Mamedov Abid Mamed oğlu

Rəhbərlik
Müşahidə Şurasının Sədri

AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib.

AzFinance İnvestisiya Şirkəti 2014-cü ildə Abid müəllimin rəhbərliyi altında qurulmuş və 5 il ərzində sektorun ən yaxşı iki şirkətindən biri vəziyyətinə gətirilmişdir. AzFinance İnvestisiya Şirkəti 110 mln AZN-dən çox aktivləri ilə bazara liderlik edir.

Abid müəllim AzFinance investisiya şirkətindən öncə 8 il maliyyə sektorunda çalışmışdır. Bu müddətin 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan Bloomberq şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində çalışmışdır.

Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Bristol Universitetinin İqtisadiyyat fakultəsinndə Magistr dərəcəsini əldə etmişdir.

Yüksək liderlik və menecerlik keyfiyyətləri ilə xüsusi seçilir.

Direktor

Rəhbərlik

İntiqam Səfərəliyev

Rəhbərlik
AzFinance İnvestisiya Şirkətinin Direktoru

AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev AzFinance İnvestisiya Şirkətinin Direktoru vəzifəsinə təyin edilib.

İntiqam Səfərəliyev 2007 ildən Çelsi Kapital şirkətinin Direktoru vəzifəsində çalışmış Şirkətin 3 il ərzində Maliyyə sektorunda birinci yerə gəlməsinə və 3 il ərzində də bu yerdə qalmasını təmin etmişdir.

2014-cü ildən AzFinance İnvestisiya Şirkətinə Direktor müavini təyin edilmiş və son 5 ili AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsində çalışmışdır. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzfəsində də çalışmışdır.

İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.

Direktor müavini

Rəhbərlik

Fərid Məmmədov

Rəhbərlik
AzFinance İnvestisiya Şirkətinin Direktor müavini

AzFinance İnvestisiya Şirkətinin Direktorunun 04 dekabr 2019-cu il tarixli əmrinə əsasən Fərid Məmmədov AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.

Fərid Məmmədov 2008-ci ildən maliyyə sektorunda çalışır. AzFinance İnvestisiya Şirkətindən öncə 6 il ərzində Azərbaycan kapital bazarının qabaqcıl broker təşkilatlarından olan Çelsi Kapital şirkətində çalışmışdır.2014-cü ildə AzFinance İnvestisiya Şirkətinə departament rəhbəri vəzifəsinə təyin edilib. Son 5 ili AzFinance İnvestisiya Şirkətində çalışaraq departamentlər qrupunun rəhbəri vəzifəsinədək yüksəlmişdir.

Fərid Məmmədov iqtisadiyyat və idarəetmə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir.

Direktor müavini

Rəhbərlik

Pərvanə Qasımova

Rəhbərlik
AzFinance İnvestisiya Şirkətinin Direktor müavini

AzFinance İnvestisiya Şirkətinin direktorunun 04 dekabr 2019-cu il əmrinə əsasən Pərvanə Qasımova  AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.

Pərvanə Qasımova hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr ixtisasına malikdir. 2009-cu ildən kapital bazarı sahəsində çalışır.  Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, Baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Böyük hüquqşünas vəzifələrində çalışmışdır.

2018-ci ildən etibarən Unicapital İnvestisiya Şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən  AzFinance İnvestisiya Şirkətinin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsində çalışmışdır.

Pərvanə Qasımova Avropa Şurasının Tvinninq layihələri çərçivəsində Avropa Direktivlərinin tələblərinin Azərbaycan qanunvericiliyi ilə əsas uyğunsuzluqlarının müəyyən edilməsi məqsədilə direktivlərin ekspertizasının  aparılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə bir sıra layihələrinin hazırlamasında iştirak etmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

AzFinance / HAQQIMIZDA / Rəhbərlik