İnvestisiya xidmətləri

Xarici bazarlarda broker xidməti

Biz Müştərilərə geniş maliyyə alətləri seçimi ilə NYSE, NASDAQ, AMEX, MOEX kimi beynəlxalq bazarlara çıxış təklif edirik.

Beynəlxalq maliyyə bazarları Amerikanın, Avropanın, Rusiyanın və Asiyanın əsas şirkətlərinin yüksək likvidliyə malik qiymətli kağızlarının, eləcə də, “Eurobond”-ların ticarətini həyata keçirməyə sizə imkan yaradırıq, bu cür əməliyyatlar xarici valyutada sizə yüksək potensial gəlir yaradır və lokal maliyyə risklərindən azad edir. İnvestorlar həm inkişaf etmiş iqtisadiyyatların və sənayelərin səhm bazarlarına çıxış əldə edirlər, həm də öz portfellərini diversifikasiya etmək imkanı qazanırlar.

 

Beynəlxalq bazarlarda olan əsas təkliflərimiz:
  • NYSE, NASDAQ, CME, London Stock Exchange (LSE), Tokyo Stock Exchange (TSE) və digər beynəlxalq birjalara platforma vasitəsi ilə birbaşa çıxış
  • Əmtəələrin alışı
  • Mültivalyuta yığımları

İnvestisiya alətləri

Qiymətli kağızlar

ABŞ

5000-dən çox səhm: Apple, Google, Microsoft, Facebook və Amerikanın digər şirkətləri.

Avropa

Volkswagen, BMW, Sberbank, Lukoyl, Qazprom və digər şirkətlər kimi Avropa səhmlərinə ADR.

Asiya

Çində, Hong Konqda və Koreyada tez inkişaf edən şirkətlərin səhmləri.

Xarici bazarlarda broker xidməti

Fyuçerslər və opsionlar

Dünya aktivləri:

Qızıl, valyuta, neft, indeks və hətta hava.

Qiymətlərin qalxması və düşməsi ilə qazanmaq imkanı.

Neftin qiymətləri, məhsullar və metallar ilə əlaqədə olan öz real biznesivizin risklərini hedc etmək imkanı.D

Xarici bazarlarda broker xidməti

Fondlar

Əmtəə fondlar

Hər hansı indeksin, məsələn, S&P-nin hərəkətini təkrar edən, aktivləri, öz portfelində saxlayan fondlar. Ayrıca ölkələrin iqdisadiyyatının inkişaf və enmələrində iştirak etmək imkanı.

Daşınmaz əmlak fondları:

Daşınmaz əmlaka sərmayə qoyan və onun icarəyə verilməsindən və satışından qazanan şirkətlər. Likvidlik itirmədən daşınmaz əmlaka sərmayə qoymaq imkanı.

Xarici bazarlarda broker xidməti

IT Invest investisiya şirkəti 2000-ci ildə yaradılıb və ən əvvəldən özünü peşəkarlar üçün broker təqdim edib.

İT İnvest AzFinance Investisiya şirkətinin partnyoru olaraq Rusiyanın fond birjalarına çıxış imkanı yaradır. Şirkət müştərilərinin əməliyyatları ilə maraqlar münaqişəsi olmaması üçün öz əməliyyatlarını həyata keçirmir. Bu müştərilərə brokerin stabilliyində və etibarlılığında daha inamlı olmağı imkan verir.

İnteractive Brokers Group-un əsası şirkətin sədri və eyni zamanda CEO-su olan Thomas Peterffy tərəfindən qoyulmuşdur.

AzFinance Investisiya Şirkəti, Interactive Brokers vasitəsilə elektron şəkildə ticarət olunan müxtəlif növ alətlər üzrə, səhmlər, opsionlar, fyuçerslər, foreks, istiqrazlar, CFD-lər və fondlar daxil olmaqla treydinq əməliyyatları xidmətləri təklif edir. İB şirkətinin fəaliyyətinə SEC, FİNRA, NYSE, FCA və dünyada diger bu kimi nüfuzlu tənzimləyici qurumlar tərəfindən nəzarət edilir.

AzFinance / İnvestisiya xidmətləri / Xarici bazarlarda broker xidməti