İnvestisiya xidmətləri

İnvestisiya araşdırması və təhlili

AzFinance İnvestisiya şirkəti olaraq, biz yerli və qlobal müştərilərimizi müxtəlif investisiya təklifləri və ideyalarla təmin etməklə onlara maksimum mənfəət qazanmaq yolunda kömək edirik. Şirkətimizin investisiya bazarlarının tətqiqatı və təhlili xidmətindən istifadə etməklə müştərilərimiz yüksək keyfiyyət, fərdi, səmərəli və vaxta qənaətli bir şəkildə öz fəaliyyətlərini potensial fayda əldə edərək yönləndirə bilərlər. Qabaqcıl investisiya şirkəti olaraq, AzFinance İnvestisiya şirkəti öz müştəriləri üçün müxtəlif növ investisiya tətqiqatları və təhlilləri xidməti təklif edir. Şirkətimizin əməkdaşlarının analitik təcrübəsi sağlam təhsil, beynəlxalq təcrübə və kapital bazarları üçün yüksək maraq və peşəkarlıq üzərində qurulmuşdur. Bütün bu xüsusiyyətlər məkan, valyuta fərqliliyi və vergi ödəmə mövqeyindən asılı olmayaraq bizə müştərilərimizin istəklərini investisiya şirkəti olaraq qarşılamağa bütün imkanları yaradır.

Investisiya tətqiqatları və təhlili xidmətlərimizə aşağıdakılar daxildir:
Kəmiyyət araşdırması (quantitative research)

– bu xidmət vasitəsilə riyazi modellər və informativ faktlar əsasında strategiya ssenariləri (scenario analysis), aktivlərin müxtəlif qruplarda təyinatı (asset allocation), kredit ödəmə qabiliyyəti üzrə risklər (credit risk analysis), mürəkkəb törəmə maliyyə alətlərinin qiymətləndirilməsi (complex derivative pricing) və s. bu kimi əməliyyatlar yerinə yetirilir.

Kapital tətqiqatı (equity research)

– bu xidmət sektor və korporativlərin fundamental maliyyə performansları üzərində yönləndirilərək investisiya üçün düzgün maliyyə alətlərinin seçilməsi üzrə formalaşdırılmışdır. Bu məqsədlə müxtəlif növ: əhatəli sektor analizi (SWOT, Porter’s five-force), dövri gəlir nəşrləri (periodic earnings release), M&A elanları, kapital dəyərləndirmələri (equity valuation), texniki analizlər (intra-day trading calls) və s. bu kimi xidmətlər təklif olunur.

Sabit-gəlirli maliyyə alətləri üzrə tətqiqat (fixed income research

– bu xidmət vasitəsilə müştərilərimizə sabit-gəlirli maliyyə alətləri, misal olaraq, dövlət təyinatlı istiqrazlar və digər qiymətli kağızlar üzrə fundamental tətqiqat və analiz dəstəyi təklif edirik. Bu məqsədlə: kredit analizləri (credit analysis), maliyyə fəaliyyəti ilə bağlı proqnozlar (forecasting), makroiqtisadi analizlər (ÜDM, inflyasiya, uçot dərəcələri, valyuta), stress testlər və s. xidmətlər göstərilir.

Aktivlərin idarə olunması üzrə tətqiqat (asset management)

– bu xidmət müştərilərimizə standard və eyni zamanda fərdi şəkildə informasiyaların təqdimatı, gözdən keçirilməsi və daha yaxşı təkliflər maqsədi ilə analizini təmin edir. Bu məqsədlə strukturlaşdırılmış fond informasiyalarının idarə edilməsi, raportların hazırlanması və təqdimatı, fondun maliyyə performansının izlənməsi və ehtiyac olduğu halda yenidən balanslaşdırılması və s. bu kimi xidmətlər təklif edilir.

AzFinance / İnvestisiya xidmətləri / İnvestisiya araşdırması və təhlili