İnvestisiya xidmətləri 
Market-Maker xidməti


Market Meyker kimi Biz qiymətli kağızların alqı-satqısını həyata keçirməklə Müştərilərimizin kapitallaşmasını artırır, likvidlik təmin edir və qiymət yaxşılaşdırılması imkanları yaradırıq.
Marketmeyker – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri bazarında mütəmadi olaraq öz hesabına və Birja ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən Birja üzvüdür.
AzFinance İnvestisiya şirkəti Azərbaycanın kapital bazarında ilklərə imza atan Şirkətdir. Belə ki, 2015-ci ildə dekabrın 28-dən Bakı Fond Birjasında (BFB) ilk dəfə olaraq səhmlər üzrə market meyker fəaliyyətinə start verilir. Bu məqsədlə Bakı Fond Birjası ilə birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC arasında market meyker müqaviləsi imzalanıb. “AzFinance İnvestisiya Şirkəti” BFB-də səhmlər üzrə ilk market meyker təyin edilib.