İnvestisiya xidmətləri

Anderraytinq

AzFinance İnvestisiya Şirkəti bütün hüquqi şəxslərə daha əlverişli şərtlərlə pul vəsaiti cəlb etmək imkanını yaradır. Təklif etdiyimiz maliyyələşdirmə mexanizmi istiqraz və səhm vasitəsilə, girovsuz həyata keçirilir. Bu prosesi sizə anderrayting xidməti vasitəsilə təqdim edirik.

Anderraytinq

– emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidmətidir.

Emitent

– investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir;

Başqa sözlə emitent- Səhm və ya İstiqraz buraxılışı həyata keçirən hüquqi şəxsdir. İnvestisiya Şirkəti tərəfindən anderraytinq xidmətinin (əməliyyatının) göstərilməsi iki formada aparılır.

Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və Anderraytinqi.

İnvestisiya şirkəti qiymətli kağızları “öhdəlik götürmədən” yerləşdirdikdə, o, yalnız qiymətli kağızları investorlara təklif edir, onlara abunə yazılışını həyata keçirir. Bu zaman investisiya şirkəti yerləşdirilməmiş qiymətli kağızların satın alınması üzrə heç bir öhdəlik daşımır.

Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və Anderraytinqi.

İnvestisiya şirkəti qiymtli kağızları “öhdəlik götürməklə” yerləşdirdikdə, o, qiymətli kağızları investorlara təklif edir, onlara abunə yazılışını həyata keçirir və yerləşdirilməmiş qiymətli kağızların dəyərini ödəyərək onları özü əldə edir.