PORTFEL İDARƏ EDİLMƏSİ

Yerli bazarlarda portfel idarəçiliyi

 

AzFinance İnvestisiya Şirkətinin 12 ildən artıq təcrübəyə malik menecmenti tərəfindən müştərilərin vəsaitləri onların seçdiyi strategiyaya və müştəri profilinə uyğun olaraq idarə edilir.

Bu zaman idarə etmə müştərinin şəxsi hesabında və onun xeyrinə həyata keçirilir. Professional idarəçilər isə yalnız doğru zamanlarda alış və satış qərarları verib onları icra edirlər.

AzFinance İnvestisiya şirkəti ötürülmüş vəsaitlər üzrə heç bir mülkiyyət hüququ daşımır. Və investisiya şirkətinə tətbiq edilən sanksiyalar müştərinin hesabına tətbiq edilə bilməz.

İnvestisiya şirkəti müştərinin qazancından idarəetmə komissiyası əldə edir.

İdarəçi müştərinin vəsaitlərini aşağıda qeyd olunan aktivlərə yatıra bilər:
  • Dövlət qiymətli kağızları
  • Yerli istiqrazlar

Yerli bazarda yatırım imkanları

Biz yerli bazarda da aktivlərin növləri və investisiya üslublarına əsasən xidmətlər təklif edirik. Yerli bazarda aşağıdakı xidmətlərimizdən yararlana bilərsiniz:

PORTFEL İDARƏ EDİLMƏSİ
AZN
TəyinatıDövlət Qısamüddətli İstiqrazları
Minimum gəlirlilik (illik)8-10 %
Minimum investisiya10 000.00 AZN (on min manat) (hüquqi şəxslər üçün)
Zəmanətİllik 8 % gəlirə tam zəmanət
RiskÖlkə riski
KomissiyaRazılaşdırmaqla
VergiTutulmur (hüquqi şəxslər istisna olmaqla)
USD
Təyinatı SOCAR istiqrazları
Minimum gəlirlilik (illik) 5.00 %
Minimum investisiya10 000.00 USD (on min dollar)
Zəmanət İllik 5 % gəlirə tam zəmanət
RiskEmitent riski
KomissiyaRazılaşdırmaqla
VergiTutulmur (hüquqi şəxslər istisna olmaqla)

Strategiyaların növləri

İnvestisiya müddətindən, gəlirlilik faizindən və müştərinin seçdiyi risk dərəcəsindən asılı olaraq, şirkətimiz müxtəlif strategiya növlərini müştəriyə təklif edə bilər.

PORTFEL İDARƏ EDİLMƏSİ
Qisa və orta müddətli strategiyalar
AdıRisk Gəlirlilik*
Tam risksiz 0%1-9%
Konservativ5% 10-15%
Orta konservativ 10% 20-25%
Balanslaşdırılmış 15% 30-40%
Orta aqressiv20%40-55%
Aqressiv 35% 60-100%
Qisa və orta müddətli strategiyalar
AdıRisk Gəlirlilik*
DividendliAşağı 2-7%
PerspektivOrta20-40%
Yüksək texnolojiYüksək50-200%

* Göstərilən gəlirlilik dərəcəsi gözlənilən gəlir nəticəsi olaraq hesab edilir, heç bir qarantiyaya malik deyildir.

AzFinance / PORTFEL İDARƏ EDİLMƏSİ