PORTFEL İDARƏ EDİLMƏSİ

Xarici bazarlarda portfel idarəçiliyi

Portfelinizi xarici bazarlarda formalışdırmaq üçün bu xidmətdən istifadə edə bilərsiniz.

Qanunvericilikdə fərdi investor portfelinin idarə edilməsi kimi tanınan bu xidmət investisiya şirkətlərinin beynəlxalq təcrübədə ən çox müraciət edilən xidmətidir.

İdarəçi müştərinin vəsaitlərini aşağıda qeyd olunan aktivlərə yatıra bilər:
  • Avroistiqrazlar
  • Xarici emitentlərin səhmləri
  • İnvestisiya fondlarının səhmləri
  • Dövlət qiymətli kağızları
  • Törəmə maliyyə alətləri
  • Struktur məhsullar

Avroistiqrazlar

Bizim şirkət sizin emitentlərin etibarlılıq və gəlirlilik gözləntilərinizə əsasən avroistiqrazlar portfelini yiğmağı təklif edir.

Qısa müddətli istiqrazların indikativ gəlirliyi (3 ilə qədər):

Emerging markets: 3-12%
İnvestisiya valyutası: USD

Developed markets: 1-3%
İnvestisiya üçün minimal məbləğ: $1M

Xarici bazarlarda portfel idarəçiliyi

Struktur məhsul

Bu struktur məhsul Azərbaycanda biznes / gəlirləri olan investorlar üçün maraqlı ola bilər. Çünki neft qiymətinin artırılması dövlət iqtisadiyyatını bərpa edəcək, və bu yenidən biznesin müəyyən gəlir gətirməsinə səbəb olacaq. Halbuki neftin qiymətinin düşməsi investorun biznesini böyük ehtimalla sıxmış olacaq. Bu struktur məhsul sıfır risk dərəcəsi ilə neft dəyərinin düşməsində gəlir əldə etmək imkanını verir, və bununla investor Azərbaycanda olan manatla gəlirlərini hedc edir.

Xarici bazarlarda portfel idarəçiliyi
Xarici bazarlarda portfel idarəçiliyi

Baza aktivi: Light Sweet

Minimal investisiya məbləği: 150 000 USD

İnvestisiya müddəti: 12 ay

Investor kapitalının qorunma dərəcəsi: 100%

Vaxtından əvvəl çıxma imkanı: Var

Aktivlərin gəlirlilikdə iştirakı: 30%

StProduct
Light Sweet

Struktur məhsul

Hal-hazırda qızılın qiyməti son bir neçə ilin minimal səviyyələrindədir. Eyni zamanda dünyanın aparıcı dövlətlərin bu aktivə tələbi artmaqdadır. Çin, Rusiya, Yaxın Şərq ölkələri çox fəal şəkildə öz qızıl ehtiyatlarını artırırlar, və bu öz növbəsində qızılın qiymətinin qalxmasına təsir göstərməlidir. Həmçinin, Suriyada hərbi münaqişələr və beynəlxalq investorların Yaxın Şərqdə ola biləcək konfliktlərlə bağlı qorxusu qızılın kotirovkalarını yüksəlməyə doğru hərəkət etdirəcək.

Xarici bazarlarda portfel idarəçiliyi
Xarici bazarlarda portfel idarəçiliyi

Baza aktivi: Fiziki qızıl

Minimal investisiya məbləği: 200 000 USD

İnvestisiya müddəti: 11 ay

Investor kapitalının qorunma dərəcəsi: 100%

Vaxtından əvvəl çıxma imkanı: Var

Aktivlərin gəlirlilikdə iştirakı: 50%

StProduct
Spot Gold

REIT-lər

REIT (Real Estate İnvestment Trust) : Daşınmaz Əmlak İnvestisiya Fondu

REIT-lər insanlara kiçik vəsaitlə belə, vaxt itkisi olmadan və bir çox xərcləri azaltmaqla Avropa və Amerikanın daşınmaz əmlak bazarına yatırım etməyə imkan verir.

Siz fondda pay sahibi olmaqla fondun bütün investisiya layihələrində iştirak etmək şansı əldə edirsiniz.

Xarici bazarlarda portfel idarəçiliyi

REIT-lərin üstünlükləri

Xarici bazarlarda portfel idarəçiliyi
  1. Siz fonda investisiya edərək onun bir hissəsinə sahib olursunuz.
  2. İnvestorlar kiçik vəsaitlə belə diversifikasiya olunmuş və bir neçə layihəni özündə birləşdirən aktivlərə yatırım etmə imkanı əldə edirlər.
  3. İnvestisiyalardan əldə edilən gəlirin 90% isə sizə qaytarılır (aldığınız pay müqabilində).
  4. Payınızın dəyəri hər gün hesablanılır və istədiyiniz vaxt öz payınızı sataraq fonddan çıxa bilərsiniz.
  5. Tikinti məsuliyyəti tamamilə tikinti şirkətinin üzərində qaldığı halda belə, yatırım riski investorlar arasında bölünür.
  6. Professional idarə olunurlar – investisiya və tikinti sahəsini bilməyə ehtiyac lazım olmur.
  7. Xarici vətəndaşlara daşınmaz əmlaka yatırım etmə limiti aradan qaldırılır.
AzFinance / PORTFEL İDARƏ EDİLMƏSİ / Xarici bazarlarda portfel idarəçiliyi